"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə (Cənubi Kipr) oyunlar üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.
Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 25 futbolçu sifariş verib. Onlardan 4-ü qapıçı, 7-si müdafiəçi, 12-si yarımmüdafiəçi və 2-si hücumçudu.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov
Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Rerrars Faysal
Yarımmmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı, Tural Bayramov
Hücumçular: Mahir Emreli, Maqaye Qeye
Qeyd edək ki, "Qarabağ" APOEL-lə avqustun 6-da səfərdə, 13-də isə Bakıda qarşılaşacaq.
Fanat.Az