Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə 3-cü mərhələdə mübarizə aparacaq APOEL - "Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib.
Səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
APOEL (Cənubi Kipr) – Qarabağ (Azərbaycan) cütünün qalibi // PAOK (Yunanıstan) - Ayaks (Hollandiya) cütünün qalibi
Dinamo (Xorvatiya) - Ferensvaroş (Macarıstan) cütünün qalibi // Maribor (Sloveniya) - Rusenborq (Norveç) cütünün qalibi
ÇFR (Rumıniya) - Seltik (Şotlandiya) cütünün qalibi // Slaviya (Çexiya)
Yanq Boyz (İsveçrə) // Srvena Zvezda (Serbiya) - Kopenhagen (Danimarka) cütünün qalibi
Liqa yolu
Başakşəhər (Türkiyə) - Olimpiakos (Yunanıstan) cütünün qalibi - Krasnodar (Rusiya) - Portu (Portuqaliya) cütünün qalibi
Bazel (İsveçrə) - LASK (Avstriya) cütünün qalibi // Brügge (Belçika) - Dinamo (Ukrayna) cütünün qalibi