\"Qalatasaray\" 16-cı dəfə Super Kuboku qazandı - VİDEO
Türkiyə Super Kubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, həlledici qarşılaşmada ölkə çempionu və kubokunun qalibi olan "Qalatasaray” "Akhisar”ı sınağa çəkib. Super Liqanı tərk edən sonuncular kubokun finalçısı kimi bu matça çıxıblar. Görüş Ankarada baş tutub.
Super Kubokun taleyini bir qol həll edib. 39-cu dəqiqədə fərqlənən Yunes Belhanda İstanbul klubuna həm qələbə, həm titul qazandırıb.
Qeyd edək ki, sonuncu dəfə 2016-cı ildə bu mükafata yiyələnən "Qalatasaray” tarixində 16-cı Super Kuboku başı üzərinə qaldırıb. "Sarı-qırmızılılar" Super Kuboku ən çox qazanan komandadı. "Fənərbaxça" bu titula 9, "Beşiktaş" və "Trabzonspor" 8 dəfə sahib çıxıb.