Argentinanın "Boka Xuniors” klubu "Qarabağ"ın transfer təklifinə cavab verib.
Fanat.Az xəbər verir ki, argentinalılar qapıçı Markos Diasın Ağdam klubuna keçidinə razılıq verməyib. Bu barədə Argentinanın "Grupo La Provincia” portalı məlumat yayb.
Qeyd edək ki, Markos Dias bu ilin yanvarında "Boka Xuniors”la 1,5 illik müqavilə bağlayıb. O, əvvəllər Argentinanın "Kolon", "Gimnasia y Esgrima" və "Hurakan" klublarında forma geyinib.
Fanat.Az