Çempionlar Liasının III təsnifat mərhələsi çərçivəsində Kiprdə APOEL-lə görüşdən qələbə ilə qayıdan "Qarabağ" klubunun futbolçusu Mahir Emreli qələbə sevincini anası ilə bölüşüb.
Mahirin anası Elnurə xanım sosial şəbəkədə oğlu ilə bərabər rəqsini paylaşaraq belə bir şərh yazıb: "Qarabağ" udanda biz".
Görüntülər böyük marağa səbəb olub.
Xatırladaq ki, 6 avqustda "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, səfərdə Kipr təmsilçisi APOEL-ə qarşı keçirdiyi ilk matçdan qalib (1:2) ayrılıb. Birinci qolu rəqib qapısından Mahir Emreli, ikincini isə "Qarabağ"ın yeni transferi Maqaye Qeye keçirib. Cavab matçı avqustun 13-ü Bakıda keçiriləcək. (BAKU.WS)
Fanat.Az