"Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu Super Liqa təmsilçisi "Kayserispor”a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 3 illik müqaviləs imzalanıb. "Kayserispor" bu keçidə görə Yunanıstanın PAOK klubuna 650 min avro ödəyib.
Qeyd edək ki, Pedro ötən mövsümü PAOK və "Astana"da keçirib. 20 oyunda meydana çıxan futbolçu 6 qol vurub və 1 qol ötürməsi verib. O, 2017/18 mövsümündə icarə əsasında "Qarabağ”a çıxış edib.
Fanat.Az