"Qalatasaray" Radamel Falkaonun transferini başa çatdırmaq üzrədi.
Fanat.Az xəbər verir ki, transfer danışıqlarını yekunlaşdırmaq üçün iki gündü Monakoda olan klubun vitse-prezidenti Abduurahim Albayrakın sabah kolumbiyalı ulduzla İstanbula gələcəyi deyilir. Bundan sonra tibbi müayinədən keçəcək futbolçu ilə rəsmi müqavilə imzalanacaq.
Artıq müqavilənin detalları da açıqlanıb. Falkao 2+1 illik anlaşmaya imza atacaq. Onun illik maaşı 5 milyon avro maaş alacaq. Bundan əlavə 5 milyon avo bonus qazana bilər. Maaşın 1,5 milyon avrosunu sponsorlar ödəyəcək.
Fanat.Az