20:37 12.08.2019 1523

Qurban Qurbanov: "İlk oyundakı nəticə komandanı arxayınlaşdırmır"

"Çox vacib oyuna çıxırıq, həddindən artıq diqqətli olmalıyıq. Futbolçularımıza meydandan daha çox düşünmək lazım olacaq. Onlara lazımı məlumatı vermişik".

Bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu haqda danışarkən deyib.

47 yaşlı mütəxəssis "Azərsun Arena"da baş tutan mətbuat konfransında bildirib ki, yaxşı oyunla müsbət nəticə qazanmaq istəyirilər: "İlk görüşdən sonra rəqibin baş məşqçisi dəyişib. Onun işi barədə futbolçulara danışmışıq. Baş məşqçi dəyişikliyi olanda narahatlıq da olur. İndi tam fərqli formada hazırlaşmalıyıq. Bu, ilk hal deyil, bu cür şeylər olur. Baş məşqçi üzərində hər zaman məsuliyyət olur. Çünki nəticə ondan soruşulur. Məsuliyyət bizim üçün daha çoxdur. İnanmıram ki, yeni baş məşqçidən mərhələ keçməyi tələb edələr. Yəqin ki, ondan daha çox gələcəyin komandasını qurmasını istəyərlər".

Qurbanovun sözlərinə görə, heyətlə bağlı ciddi problemlərinin olmadığını vurğulayıb: "Ola bilər ki, rəqibdə sistem dəyişikliyi olsun. Komandaya yeni baş məşqçi gələndə adətən ilk matça fərqli əhval-ruhiyyədə olurlar, özlərini göstərməyə çalışırılar. Düşünürəm ki, dərinə getməməliyik, daha çox öz oyunumuzu düşünməliyik. Təcrübə göstərir ki, 2:1 və 3:1 kimi hesablar komandanı arxayınlaşdırmır. Əlbəttə, ilk matçda 2:0 hesabı ilə qalib gəlsəydik, daha yaxşı olardı. Amma bəzən buraxılan qol komandaya fayda verir. Start heyəti ilə bağlı səhər məşqindən sonra qərar verəcəyik. Maqaye Qeyenin "11-lik"də yer alacağını düşnmürəm, amma meydana çıxa bilər".

Baş məşqçi Mahir Emrelinin xarici klublardan təklif alması ilə bağlı suala belə cavab verib: "Mahir get-gedə böyüməyə başlayır, daha da inkişaf etmək istəyir. Sabahkı oyunda daha aktiv olmalıdır".

Qeyd edək ki, "Qarabağ" ötən həftə Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab matçı saat 20:30-da start götürəcək.(matc.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X