22:21 13.08.2019 2830

"Qarabağ" ÇL-lə vidalaşdı: Mübarizə Avroliqada davam edəcək

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Fanat.Az xəbər verir ki, "Qarabağ” cavab oyununa doğma meydanda çıxıb və Cənubi Kiprin APOEL klubu qəbul edib. İlk oyunda 2:1 hesablı qələbə qazanan Azərbaycan çempionuna istənilən hesablı heç-heçə və qələbə, həmçinin 0:1 hesablı məğlubiyyət də sərf edirdi. Amma hər hissədə bir qol vuran APOEL mərhələ adlayan tərəf olub. 

Beləliklə, "Qarabağ" Çempionlar Liqasını tərk edib və mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirəcək. Rəqib bu gün keçiriləcək "Linfild” (Şimali İrlandiya) – "Sutyeska” (Monteneqro) cütünün qalibi olacaq. Bu komandaların ilk duelində "Linfild” səfərdə qələbə qazanıb – 2:1.

APOEL isə Çempionlar Liqasının "pley-off"unda "Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

13 avqust
Qarabağ (Azərbaycan) - APOEL (Cənubi Kipr) 0:2
Qollar: Tomas De Vinsenti, 34. Uroş Matiç, 68.
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva (7. Araz Abdullayev, 87), 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev (10. Dani Kintana, 73), 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir (99. Maqaye Qeye, 80), 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoğlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç (8. Lukas Souza, 73), 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç. 
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 9. Linus Hallenius, 34. Lukas Kaloqiru, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Vidiqal.
Baş məşqçi: Tomas Doll.
Sarı vərəqələr: Rahil Məmmədov, 64. Riçard Almeyda, 90+1 - Tomas De Vinsenti, 31. Musa Süleyman, 90+1.
Qırmızı vərəqə: Riçard Almeyda, 90+4.
Hakimlər: Daniel Sibert, Yan Seydel və Lasse Kozlovski, Martin Petersen (Almaniya).
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

22 May 2025
20:47

Region Liqasının qalibi bəlli oldu

20:14

"Mingəçevir"in başqanı ad dəyişikliyini təsdiqlədi: "Elitaya vəsiqə qazanmağa çalışacağıq"

19:52

İkinci Liqanın bombardiri mükafatlandırıldı

19:31

I Liqa: "Qəbələ" "qapını bərk çırpdı", "Mingəçevir" "Karvan"ı yendi

19:13

“Sabah” Gənclər Liqasının qalibi oldu!

18:46

Rəşad Sadıqov 3 futbolçusunu "Araz-Naxçıvan"a qarşı oynada bilməyəcək

18:11

"Sumqayıt" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

17:44

"Növbəti mövsümdə çempion olmağa borcluyuq" - Mikel Arteta

17:26

"Real"ın ulduzunun bir ayağı "Çelsi"də

17:08

Finala sayılı günlər qalmış Rusiya kuboku sındı

16:51

Nazir Fransada tədbirə qatıldı

16:33

Azərbaycan avarçəkənləri “Samsun Draqon Festivalı”na yollandılar

16:15

Yüksək Liqa: "Araz-Naxçıvan" 19-cu çempionluğuna qovuşdu

15:57

Minifutbol: Kosta Rika asiyalılarla bacarmadı

15:40

"Finalda uduzduq, İPL-də isə heç kimi məğlub edə bilmirik" - Qarnaço gileyləndi

15:22

Amorim "Mançester Yunayted"ə qalır, yoxsa gedir? - Özü açıqladı

15:03

"Topu boş qapıdan çıxarandan sonra arxası üstə yerə çırpıldım" - "Tottenhem"in xilaskarı

14:45

Millimiz toplanışa başladı

14:28

Minifutbol: İspaniya Qananı üstələdi

14:10

U-21-in Belarusla oyununun vaxtı və yeri bilindi

13:51

"Topa toxunduğumu hiss etsəm də..." - AL-in finalında qol vuran Conson

13:33

Nunyes "Liverpul"u bu kluba dəyişmək niyyətindədir

13:16

Hələ AL tarixində Mur kimisi olmamışdı

12:58

"Hələ də bunu bacardığımıza inana bilmirəm" - "Tottenhem"in qapıçısı

12:40

Argentinalı dünya çempionunu 3 Avropa nəhəngi istəyir - ADLAR

12:23

"Fanatlarımız buna layiq deyillər" - Dioqu Dalo

12:05

MY-nin kapitanı finaldakı məğlubiyyətdən sonra nə dedi?

11:46

Azərbaycan millisi Avropa çempionatına 4 idmançı ilə gedir

11:27

Region Liqasının qalibi müəyyənləşir

11:08

Finalın ən yaxşısı argentinalı oldu

10:50

II Liqanın medalçıları mükafatlandırılacaq - Vaxtı və yeri bilindi

10:31

Postekoğlu "Tottenhem"in rəhbərinə mesaj göndərdi: "İndi mən qalibəm, dostum"

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:53

AL: İngilis finalının taleyini 1 qol həll etdi - VİDEO

09:34

Minifutbol: İlk tura yekun vurulur

09:15

"Real" yeni transferini elan etməyə hazırlaşır - Futbolçu artıq Madriddədir

02:29

"Tottenhem" bu mövsüm MY-nin "nəfəsini kəsib"

00:58

AL: "Tottenhem" finalda MY-ni məğlub etdi

21 May 2025
23:44

Fransa klubunu tərk edən mütəxəssis İngiltərə təmsilçisini çalışdıracaq

23:04

"Qrupu birinci pillədə başa vurmaq istəyirik" - Azərbaycan millisinin baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X