"Barselona"nın lideri Lionel Messi PSJ-nin hücumçusu Neymarın transferi ilə bağlı danışıqlara qoşulub.
Fanat.Az xəbər verir ki, o, braziliyalı hücumçuya zəng vuraraq "Barselona”nın prinsipial rəqibi "Real”a keçməməyi xahiş edib.
Daha əvvəl Neymar uğrunda mübarizədə "Kral Klubu"nun öndə olduğuna dair xəbər yayılıb. Bu məlumat PSJ-nin Kataloniya təmsilçisi ilə münasibətlərinin pisləşməsi ilə əlaqələndirilib. Parislilər Neymarın "Barselona”ya deyil, digər komandaya keçidində maraqlıdı.
Qeyd edək ki, Neymar "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.
Fanat.Az