Bu gün Avropa Liqasının III təsnifat mərhəəsinin cavab oyunlarına start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçiriləcək.
Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz "Qarabağ”ın Avroliqanın "pley-off"undakı potensial rəqibi də bu gün müəyyənləşəcək.
Ağdam klubu APOEL səddini aşa bilməsə, Avropa Liqasının "pley-off"unda "Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) duelinin qalibi ilə qüvvəsini sınayacaq. Şimali İrlandiya təmsilçisi səfərdəki görüşdə 2:1 hesablı qələbə qazanıb. Bugünkü matç isə "Linfild”in meydanında olacaq.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
20.00 Nomme Kalyu (Estoniya) - Düdelanj (Lüksemburq)
İlk oyun - 1:3
22.45 Linfild (Şimali İrlandiya) - Sutyeska (Monteneqro)
İlk oyun - 2:1
23.00 Dundalk (İrlandiya) - Slovan (Slovakiya)
İlk oyun - 0:1
Fanat.Az