Bu yay Avropada transferə ən çox pul xərcləyən çempionat müəyyənləşib.
Fanat.Az "Transfermarkt"a istinadən xəbər verir ki, transfer bazarının lideri İspaniya La Liqasıdı. İspan klubları bu yay transferə 1 milyard arodan çox pul xərcləyib. Bu isə La Liqa tarixinin rekordudu.
3 ispan klubu "Real", "Barselona" və "Atletiko" transferlərə 801,5 milyon avro xərcləyib. "Real"da bu məbləğ 303, "Barselona"da 255, "Atletiko"da isə 243,5 milyon avro olub.
Avropada transferə ən çox pul xərcləyən klublar olan 3 İspaniya təmsilçisini "Yuventus" (188,5 milyon avro), "Mançester Siti" (167 milyon avro), "Mançester Yunayted" (159 milyon avro) və "Arsenal" (152,4 milyon avro) izləyir.
Fanat.Az