"Real"ın yeni transferi Eden Hazard sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, belçikalı ulduz komandanın məşqində zədələnib. Tibbi müayinədən sonra 28 yaşlı hücumçunun sağ bud əzələsinin zədələndiyi aşkar olunub. Onun nə vaxt meydana dönəcəyi açıqlanmaylb.
Qeyd edək ki, "Real" sabah İspaniya La Liqasının ilk turu çərçivəsində "Selta" ilə qarşılaşacaq.
Fanat.Az