"Barselona"nın əsas hücumçularından biri olan Luis Suares La Liqanın ilk turunun "Atletik"lə oyununda zədələnib.
Fanat.Az xəbər verir ki, tibbi müayinə zamanı 32 yaşlı hücumçunun sağ ayağındakı əzələsində problem aşkarlanıb. Uruqvaylı forvard 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Suares "Atletik"lə oyunun 37-ci dəqiqəsində əvəzlənib.
Fanat.Az