"Qalatasaray”ın məşqçilər korpusunda yer alan Həsən Şaş istefa verib.
Fanat.Az xəbər verir ki, baş məşqçi Fatih Terimin köməkçisi olan mütəxəssis istefası ilə bağlı açıqlamanı özünün rəsmi sosial şəbəkə hesabından verib.
"Qalatasaray"ıma, hocama, Levent (Şahin) qardaşıma, Ümit (Davala) qardaşıma uğurlar arzulayıram. Ürəyim həmişə sizinlə olacaq... Mən sevdiyimə zərər vermərəm. Vəzifəmdən istefa verirəm. Haqqınızı halal edib, xoşca qalın" deyə Hasan Şaş yazıb.
Mütəxəssis istefasının səbəbini açıqlamayıb. Amma o, "Dənizlispor"la oyunda azarkeşlərlə dava etmişdi.
Fanat.Az