Çexiyanın Gənclər Liqasında II turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın B komandası "Vltavin”i qəbul edib. Praqa təmsilçisi 4:1 hesablı qələbə qazanıb.
Fərid meydana start heyətində çıxıb və 87-ci dəqiqədə əvəzlənib. 20 yaşlı futbolçu dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, millimizin üzvünün yeni mövsümdə ilk qolu olub.
Bu qələbədən sonra xalını 6-ya çatdıran "Sparta B” turnir cədvəlində liderliyə yüksəlib.
Fanat.Az