"Monako" heyətinə yeni hücumçu qatıb.
Fanat.Az xəbər verir ki, Radamel Falkao ilə yollatını ayırmağa hazırlaşan knyazlıq təmsilçisi "Lester"in hücumçusu İslam Slimanini bir mövsümlük icarəyə götürüb. Klub gələn yay 31 yaşlı oyunçunun təzminat qiymətini ödəyərək onu birdəfəlik ala bilər.
Qeyd edək ki, Slimani ötən mövsüm icarə əsasında "Fənərbaxça"da oynayıb.
Fanat.Az