"Bayer” xorvat futbolçusu Tin Yedvayı icarəyə verib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir kii, 24 yaşlı müdafiəçi 2019/20 mövsümündə Bundesliqanın digər təmsilçisi "Auqsburq”da çıxış edəcək.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü Tin Yedvay "AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində Slovakiya və Azərbaycan milliləri ilə oyunlar üçün yığmaya çağırılıb. Komanda sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq.
Fanat.Az