Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, 3-cü təsnifat mərhələsində gözlənilmədən Porquqaliya "Portu"sunu mübarizədən kənarlaşdıran Rusiyanın "Krasnodar" klubu Yunanıstanda "Olimpiakos”un qonağı olacaq.
"Srvena Zvezda” (Serbiya) İsveçrə səfərində "Yanq Boyz”la qarşılaşacaq. Zaqreb "Dinamo"su isə Norveçin "Rusenborq” klubu qəbul edəcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyunlar
21 avqust
23:00 Yanq Boyz (İsveçrə) - Srvena Zvezda (Serbiya)
23:00 Dinamo (Zaqreb, Xorvatiya) - Rusenborq (Norveç)
23:00 Olimpiakos (Yunanıstan) - Krasnodar (Rusiya)
20 avqust
LASK (Avstriya) – Brügge (Belçika) 0:1
Qol: Hans Vanaken, 10-pen.
APOEL (Cənubi Kipr) – Ayaks (Hollandiya) 0:0
ÇFR (Rumıniya) – Slaviya (Çexiya) 0:1
Qol: Lukas Masopust, 28.
Fanat.Az