Belçikanın Lyoven Katolik Universitetinin alimləri maraqlı araşdırma aparıb.
Fanat.Az "Mirror”a istinadən xəbər verir ki, alimlər "Barselona"nln futbolçusu Lionel Messinin, yoxsa "Yuventus"un ulduzu Kriştiano Ronaldonun ən yaxşı olduğunu müəyyənləşdirən formul tərtib ediblər. VAEP adlanan formulda qol və məhsuldar ötürmələrlə yanaşı, zərbə, driblinq, sürüşmə fəndi və digər elementlər də nəzərə alınıb. Araşdırma Hər iki futbolçunun 2013-2018-ci illər ərzində keçirdikləri oyunları əhatə edib.
Araşdırmada iştirak edən universitetin aspirantı Tom Dekros bildirib ki, ilk mövsümlərdə Messi və Ronaldonun göstəriciləri demək olar eyni olub. Lakin 2015/16 mövsümündən etibarən Messi rəqibini ötməyə başlayıb.
Beləliklə, Messinin bir oyun üçün VAEP göstəricisi 1,21, Ronalduda isə 0,61 olub.
Fanat.Az