Ramil Şeydayevin çıxış etiyi "Dinamo" daha bir oyunçunu heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, Moskva klubu "Portu"nun forvardı Tikinyo Soareslə güclənib. "Dinamo" braziliyalını 1 illik icarəyə götürüb və Portuqaliya klubuna 3 milyon avro ödəyib. "Dinamo" eyni zamanda Tikinyonu 12 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdi.
Qeyd edək ki, Tikinyo Soares "Portu"ya 2017-ci ildə 5,6 milyon avro qarşılığında "Gimaraeş"dən keçib.
Fanat.Az