İngiltərənin məşhur "The Sun" qəzeti maraqlı araşdırma aparıb.
Fanat.Az xəbər verir ki, qəzet futbol tarixində transferlərə ən çox pul xərcləyən mütəxəssisləri araşdırıb.
Məlum olub ki, futbolçuların alınmasına ən çox pulu Joze Mourinyo xərcləyib. Karyerası ərzində "Portu", "İnter", "Çelsi", "Real" və "Mançester Yunayted" kimi böyük klubları çalışdıran 56 yaşlı mütəxəssis ümumilikdə 97 futbolçu transfer edib. Bu futbolçuların alınması üçün 1,4 milyar funt-sterlinq (təxminən 1 milyard 531 milyon avro) xərclənib.
Siyahının ikinci pilləsində Karlo Ançelotti qərarlaşıb. İndiyədək "Parma", "Yuventus", "Milan", "Çelsi", PSJ, "Real", "Bavariya", "Napoli" kimi klublara başçılıq etmiş italiyalı mütəxəssis 85 futbolçunun alınmasına 1,11 milyard funt-sterlinq (təxminən 1 milyard 214 milyon avro) sərf edib.
İlk "üçlüy"ü Pep Qvardiola qapayır. "Barselona", "Bavariya" və "Mançester Siti"ni çalışdıran kataloniyalı məşqçi 52 futbolçunun transferini reallaşdırıb. Bu futbolçuların alınmasına 1,03 milyard funt-sterlinq (təxminən 1 milyard 97 milyon avro) xərclənib.
İlk "beşlik"də Manuel Pelleqrini və Massimiliano Alleqri də qərarlaşıb.
Fanat.Az