Azərbaycanlı futbolçudan Rusiya klubuna qələbə qazandırdı - VİDEO
Rusiya I divizionunda X turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Kamran Əliyevin forma geyindiyi "Ximki” səfərdə "Şinnik”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Kamran meydana start heyətində çıxıb və 46-cı dəqiqədə matçın yeganə qoluna imza atıb. 20 yaşlı hücumçu 76-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Kamran bu mövsüm 4 qol vurub. Onun komandası 10 turdan sonra 24 xalla 2-ci pillədə qərarlaşıb.