Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə çempionatında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, komanda V turun oyunları çərçivəsində səfərdə “Syon”la qarşılaşıb.
Renat 2:2 hesabı ilə başa çatan görüşün iştirakçısı olub. İkinci hissədə meydana çıxan Dadaşov 63-cü dəqiqədə fərqlənib.
Qeyd edək ki, “Qrasshopper” hazırda 9 xalla 10 kollektiv arasında ilk pillədə qərarlaşıb.