19:05 28.08.2019 1486

Qurban Qurbanov: "Sabah meydanda özümü yox, komandanı düşünəcəyəm"

"Vacib oyuna çıxırıq. Rəqibin ciddi olduğunu başa düşürük. Buna görə oyuna həddindən artıq ciddi hazırlaşmışıq. Oyunçular sabah meydanda daha istəkli olacaqlar və ən yaxşısını etməyə çalışacaqlar. Lazım olan nəticəni əldə etmək üçün ən yaxşı oyunlarını göstərəcəklər".

 Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiya "Linfild"inə qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, avrokuboklarda 100-cü - yubiley qarşılaşmasına çıxacağı barədə düşünmür: "Hər matç bizim üçün vacibdir. Belə turnirlərdə mütləq qələbə lazım olur. Sabah meydanda özümü yox, komandanı düşünəcəyəm. Arzu edirəm ki, "Qarabağ"ın Avropada daha çox oyunu olsun".

"Düşünürəm ki, Azərbaycansayağı künc zərbəsinə ehtiyac olmayacaq. Standart vəziyyəti bəzən rəqibə uyğun yerinə yetiririk. Hazırkı rəqib buna imkan vermir. Amma fərqli nədənsə istifadə edə bilərik" deyən Qurbanov düzgün müdafiə olunmağın vacibliyini diqqə çatdırıb: "Komandalar var ki, qapalı oyun üslubuna üstünlük verirlər. Belə oyunlarımız çox olub. Bəzən 2-3 qol vurmuşuq. Sadəcə, belə görüşlərdə oyunçular daha sərrast və diqqətli olmalıdırlar".

Təcrübəli baş məşqçi tribunaların dolacağına ümidvar olduğunu da sözlərinə əlavə edib: "Düşünürəm ki, stadionda az adam olmayacaq. Fanatların hər birini yanımızda hiss edirik".

Qurbanov son olaraq rəqib həmkarı David Hilinin "Qarabağ" bizim qanımızı içmək istəyəcək" ifadəsinə münasibət bildirib: "Bu, idmandır. Məğlub tərəf mütləq qələbə qazanmaq istəyəcək. İndi həmin matçlardan biridir. İdman prinsiplərinə əməl etməyə çalışacağıq. Çox da belə dərinliklərə getmək istəmirəm. Çalışıb ən düzgününü etməliyik ki, qalib gələk".

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" matçı saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Şimali İrlandiya təmsilçisi qələbə qazanıb - 3:2. Cavab görüşündə Azərbaycan komandasına minimal hesablı qələbə də kifayət edəcək. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X