22:54 29.08.2019 1717

Qurban Qurbanov: "Hamının gözü "Qarabağ"da idi"

"APOEL-ə məğlubiyyətdən sonra azarkeşlər bu gün də bizi möhtəşəm dəstəklədilər. Onları təbrik edirəm”. 

Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiyanın "Linfild" klubunu 2:1 hesabı ilə məğlub edərək, Avropa Liqasının qrupuna düşdükləri pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

47 yaşlı mütəxəssis bildirib ki, bu gün cari avrokubok mövsümündə ən çox sayda qol epizodu yaradıblar: "Futbolçularımızı təbrik edirəm. Sabahkı püşkü gözləməliyik. İndi zəif rəqib yoxdu, hər bir komandanın öz oyun üslubu var. Avrokubokda tək qalmışdıq. Hamının gözü "Qarabağ"da idi. Məqsədimizə çatdıq. Rəqib barədə də yalnız müsbət söz deyə bilərəm. Onlara və baş məşqçilərinə uğurlar arzulayıram".

Qurbanov "6-cı dəfə qrupa düşdünüz. İlk uğur yadınızdadımı" sualına belə cavab verib: "Çox yaxşı xatırlayıram. "Tvente” üzərində qələbədə göz yaşlarım olmuşdu. İndi daha təcrübəliyəm. İlk qələbənin ləzzəti fərqli olur. Hamı Çempionlar Liqasına vəsiqəni düşünürdü. Amma Avropa Liqasına düşməyin məsuliyyəti də var idi. Turnirə yaxşı hazırlaşanda və qalib olmaq istəyəndə əziyyət çəkirsən. Bunun bəhrəsini görəndə sevincli, görməyəndə kədərli olursan".

Baş məşqçi yeni transferlərin olub-olmayacağı ilə bağlı da danışıb: "Bütün dünya klubları indi transferlərdən şikayət edirlər. Çünki hətta "Real”, "Barselona” da istədiyi oyunçuları ala bilmir. Xüsusən də, bizim oyun üslubuna malik oyunçu tapmaq çətindi. Bütün keyfiyyətlərin hamısının bir futbolçuda olması çətindi. Birində hansısa keyfiyyət çatmırsa, digəri onu sığortalamalı olur. Bəzən 3-4 transfer istədiyin kimi alınmır. Bu günə kimi bir neçə futbolçularla danışığımız olub. Son günə qədər bunu davam etdirəcəyik".

Qurbanov Avropa Liqasında qrup mərhələsinin ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklərini vurğulayıb: "Bütün komandaların öyrəşdiyi stadionlar olur. Bakı Olimpiya Stadionunda daha çox azarkeş gələ bilir. Ancaq futbolçularımız üçün Tofiq Bəhramov adına Respublika stadionu daha rahatdı. Bəzi nüansları da nəzərə almalıyıq. Qrup mərhələsi üçün "Tofiq Bəhramov"u sifariş etmişik. Yəqin ki, ev oyunlarımızı burada oynayacağıq. Bir milyonum olsaydı rəqibdən kimi alardım? Biz futbolçularla dərindən maraqlanırıq. Bir fikir bildirə bilməyəcəyəm. Bizim futbolçulara isə heç bir təklif olmayıb".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X