23:08 29.08.2019 2423

Tahir Gözəl: "Əslində, bunu danışmaq üçün Monakoya gedəcəm"

"Qarabağ" klubunun prezidenti Tahir Gözəl "Linfild"lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, rəhbərlik etdiyi komandanın Avropa Liqasının qrup mərhələsinə düşəcəyinə inandığı deyib.

- Sevinc hissləriniz necədi?
- İlk oyunda Şimali İrlandiyaya da getmişdim. Orada bizi təriflədilər. Komandamız barədə deyilən sözlər, "Qarabağ”ı nəhəng klub hesab etmələrini onların qəzetlərində oxumaq çox qürurverici idi. Mənə çox xoş təsir bağışladı, bizi orda gözəl qarşılaşmışdılar. Səfərdə çox narahat oldum, üzüldüm, ancaq "Qarabağ”a inanırdım. Məğlubiyyətə layiq olmadığımızı bilirdim. Böyük ümidim var idi bu gün. Çox gərgin idim. "Qarabağ” çox üstün və özünəinamlı Avropa oyunu sərgilədi. Layiqli qələbə qazandıq. Xalqımızı, "Qarabağ” sevənləri təbrik edirik. Bu axşam biz millət kimi sevindik.

 - APOEL-lə oyundakı məğlubiyyət komandada inamsızlıq yaratmışdı?
- Xeyr, inamsızlıq yaratmamışdı. Etiraf edim ki, APOEL-lə Bakıdakı məğlubiyyətdən daha çox Şimali İrlandiyada uduzmağımız mənə çox təsir etmişdi. Futbol müəmmalıdı, heç nə bilinmir, həyat kimidir, sürprizlərlə doludur. Komandamızın ruh halını saxlamaq və belə davam etmək lazım idi. Bu məğlubiyyətlər bizi daha da gücləndirdi və bu yerə çatdıq.

- Beş dəfə Avropa Liqasının qrupunda iştirak etmisiniz. Bu dəfə qrupda hansı hədəf var?
- Püşkatmada futbol adamları ilə önəmli görüşüm olacaq. Püşkdə bir az bəxt də lazımdı.

- Yəqin ki, qrupda "Mançester Yunayted”lə qarşılaşmaq istəmərsiniz...
- Onları Bakıda görmək də böyük şərəf olar. Ancaq indi deyil, daha sonra (gülür).

- Komanda artıq qrup mərhələsindədir. Güclənməyə ehtiyac var? Transferlər gözlənilir?
- Avropadakı uğurumuz klubun büdcəsinə çox kömək edir. Ancaq mənimlə razılaşarsınız ki, aldığımız yeni futbolçular effektli oldu. Hər oyun arzum budur ki, "Qarabağ” daha yüksək səviyyədə çıxış etsin.

- "Genqam” Abdullah Zubir üçün bir milyon avro ödəmək istəyir. Onu satmaq fikriniz var? Zubiri bu qiymətə satsanız, sizə xeyri olar?
- Heç bir fikrimiz yoxdu. Kimisə satmaq istəmirik. Bizim güclü olmağa ehtiyacımız var. Var gücümüzlə davam edəcəyik. O vəziyyətdə deyilik ki, oyunçumuzu sataq. "Qarabağ” artıq futbolçu gətirib, Avropaya yaxşı qiymətə satmalıdır. Buna nail olsaq, böyük qarantimiz olacaq. Əslində, bunu danışmaq üçün Monakoya gedəcəm. "Qarabağ”ı Avropada daha inkişaf etmiş bir klub edə biləcəyikmi? Bu, məni həyəcanlandırır.

- Qrup oyunları Olimpiya stadionunda olacaq, yoxsa Tofiq Bəhramov adına Respublika stadionunda? Azarkeşlər BOS-a getməyə çətinlik çəkir.
- Sizinlə razıyam. Baxacağıq. Böyük klublar olsa, bizə 70 min azarkeş lazımdır, nəinki 30 min. Görək, nə baş verir. Hələlik, bizim üçün bura daha yaxşıdı.

- Qrupda minimum hədəf nədi?
- Rekord vurmaq, mərhələ keçmək! Tarixdə belə güclü "Qarabağ” olmayıb. Biz buna layiq idik. Biz buna hazırlaşmışıq. Görün, neçə ildi Qurban Qurbanov klubdadı. Etiraf edim ki, çatışmayan cəhət var. Oyunlar o qədər gərgin keçir ki, yerli futbolçularımıza çox şans verə bilmirik. Bundan narahatam. Arzu edərdim ki, Rahil Məmmədovdan başqa üç-dörd yerli uşaq da oynasın. O qədər gərgin oyunlar var ki... Ya hədəfə getməliyik, ya da futbolçularımıza şans verməliyik. Hədəfə gedəndə sevinirəm. Ancaq kluba baxanda öz oyunçularımızı görmürəm. Bu yolla nə qədər getsək, axırı olmayacaq. Səmimi düşüncələrimi sizinlə bölüşürəm. Gizli mesaj vermirəm. Yerli futbolçunun az olması məni narahat edir.(Matc.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X