Mauro İkardi "İnter"i məhkəməyə verib.
Fanat.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, argentinalı forvard Milan klubundan hüquqlarının bərpa olunmasını və məşqlərdən kənarlaşdırılmasına görə dəymiş ziyan üçün 1,5 milyon avro təzminat tələb edib.
Qeyd edək ki, İkardi ilə klub rəhbərliyi arasında ötən mövsümün gedişində gərginlik yaranıb və futbolçu heyətdən kənarlaşırılıb. Bir müddət əvvəl yeni baş məşqçi Antonio Konte onun xidməti maraqlı olmadığını bildirib. Argentinalı futbolçu ilə "Yuventus", "Napoli", "Roma" və "Monako" klubları maraqlanır.
Fanat.Az