Avropa Liqasının pley-off mərhələsində "Qarabağ”ın rəqibi olan "Linfild”in hücumçusu Şeyn Laveri milli komandaya çağırılıb.
Fanat.Az xəbər verir ki, Şimali İrlandiya millisinin baş məşqçi Maykl O'Nil 21 yaşlı hücumçunu zədəli Pol Smitin əvəzinə komandaya dəvət edib.
Qeyd edək ki, Laveri cari mövsümdə Avroliqada keçirdiyi 6 oyunda 4 qol vurub. Gənc futbolçu Belfastdakı oyunda "Qarabağ"ın qapısına 2, Bakıdakı görüşdə 1 qol vurub.
Onu da qeyd edək ki, Şimali İrlandiya sentyabrın 5-i Lüksemburqla yoxlama, sentabrın 9-u isə Almaniya ilə "AVRO-2020”nin seçmə oyununda üz-üzə gələcək.
Fanat.Az