Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək görüşlərin təyinatlarında dəyişikliklər olunub.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA Hakim və Hakim-İnspektorlar Komitəsi qərar qəbul edib.
"Qəbələ” - "Keşlə” oyununda Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edəcək.
"Neftçi” - "Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev yox, Rauf Allahverdiyev, "Səbail” – "Qarabağ” qarşılaşmasının isə 4-cü hakimi Rəhim Həsənov yox, Fərid Hacıyev olacaq.
Fanat.Az