23:33 01.09.2019 1616

“Qol buraxmamağımız məni sevindirir” – Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının III turunun son qarşılaşmasında "Səbail” üzərində səfərdə 4:0 qələbə qazanan "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
 
Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
 
- Futbolçularımı təbrik edirəm. Həm qalib gəldik, həm də yaxşı oyun oldu. Oyunçularım çox istəkli idilər. Aftandilə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Rəqib ilk dəqiqələrdə aqressiv idi, yaxşı pressinq tətbiq edirdilər.
 
- Şehiçin keçidi nə yerdədi?
- Razılıq yoxdu. Başqa variantlar var. Hazırda danışıqlar gedir.
 
- Başqa mövqeyə də transfer gözlənilir?
- Daha iki mövqeyi də gücləndirmək istəyirik.
 
- Oyunun ilk dəqiqələrində Ağabala futbolçularınıza qarşı çox aqressiv idi. Nə fikirləşdiniz?
- Heç bir şey. Ağabala aqressiv futbolçudu. 
 
- 1:0, 3:0, 4:0. "Qarabağ”ın müdafiə xətti belə güclüdü, yoxsa Azərbaycan çempionatındakı komandaların hücum potensiallı aşağıdı?
- Futbolçularımız səliqəli oynayır, tapşırıqları yerinə yetirirlər. Bu gün qol buraxmırıq, deyirik müdafiəmiz əzəmətlidi, sabah bir neçə qol buraxacağıq və deyiləcək ki, zəifdi müdafiəmiz. Sadəcə, hər oyuna maksimal konsentrasiya ilə yanaşmalıyıq. Amma qol buraxmamağımız məni sevindirir.
 
- Yaranan fasilə komandanıza necə təsir göstərəcək?
- Düşünürəm ki, millilərə getməyən futbolçularıma müsbət təsir edəcək. Ancaq milli üzvləri ağır oyunlara gedir və bu, əlavə psixoloji yüklənməyə səbəb olacaq.
 
- Çempionatın ən formada olan rəqibin qapısına 4 top vurursunuz, "Neftçi”dən 5 xal öndəsiniz. Çempionat bitdi?
- Cəmi bir məğlubiyyət və fərq 3 xal azalır. Ümumiyyətlə, belə fikirdən uzağam. Dəfələrlə şahidi olmuşuq ki, kimsə 7-8 xal öndə olub, lakin sonra çempion ola bilməyib. Qarşıda xeyli oyunlarımız var. Özü də olduqca ağır. Bir neçə futbolçumuz zədələnir, bir neçəsi vərəqə limitini doldurur və bəzən futbolçu qıtlığı yaşayırıq. Üstəlik, hər bir rəqib bizə qarşı xüsusi motivasiyalı olur.
 
- "Qarabağ” daha rəngarəng olub?
- Hər il dəyişiklik olur. Futbolda sürət artır. Topa sahib olmaq çox önəmlidi. Yaxşılığa doğru addım atmaq istəyirik. Bir şey var ki, biz rəqib imkan verdiyi qədər hücum edirik. Bu il avrokuboklarda qarşılaşdığımız bütün rəqiblərə qarşı bizə çətin oldu. (Matc.az)
 
Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X