Türkiyə Super Liqasında III tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun mərkəzi görüşündə "Fənərbaxça" "Trabzonspor"u qəbul edib. İlk iki turda qələbə qazanan "sarı-lacivərdlilər" bu dəfə xal itirib.
"Fənərbaxça”nın qoluna Qari Rodriges, "Trabzonspor”un qoluna isə Kaleb Ekuban imza atıb.
Qeyd edək ki, "Fənərbaxça" 3 turdan sonra 7 xalla 2-ci, "Trabzonspor" 5 xalla 5-ci pillədə qərarlaşıb.
Fanat.Az