Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" İspaniyadan daha bir futbolçu transfer edir.
Fanat.Az xəbər verir ki, bu barədə ispan mediası məlumat yayıb. Məlumata görə, Azərbaycan çempionu "Saraqosa"nın yarımmüdafiəçisi Xorxe Pombonu heyətinə qatmaq istəyir.
25 yaşlı futbolçunu "Qarabağ"la yanaşı, La Liqa təmsilçisi "Malyorka", Sequnda klublarından isə "Estremadura", "Ovyedo", "Kadiz" və ABŞ klublarından biri də istəyir. "Saraqosa" əvvəlcə onun üçün 3 milyon avro (5,6 milyon manat) tələb etsə də, hazırda bir milyon avroya (1,86 milyon manat) satağa razıdı.
Qeyd edək ki, tam adı Xorxe Markos Pombo Eskobar olan futbolçu "Saraqosa"nın yetirməsidi. O, 2016-cı ildən əsas komandada çıxış edir. Ötən mövsüm 41 rəsmi oyuna çıxan futbolçu 5 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" ona 700 min avro (1,3 milyon manat) qiymət qoyub.
Onu da qeyd edək ki, hazırda "Qarabağ"da 3 ispan futbolçu çıxış edir: Xayme Romero, Migel Madera (Miçel), Dani Kintana.
Fanat.Az