PSJ "İnter"in futbolçusu Mauro İkardini icarəyə götürüb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, argentinalı hücumçu 2019/20 mövsümünü icarə əsasında Paris təmsilçisində keçirəcək.
Bunun üçün İtaliya klubuna 5 milyon avro icarə haqqı ödəniləcək. PSJ-nin bu mövsümün sonu 65 milyon avro ödəyərək İkardini birdəfəlik almaq hüququ var.
Fanat.Az