“Qarabağ”: tarix rəqəmlərlə deyil, zəfərlərlə yazılır! - VİDEO
"Qarabağ” klubunun mətbuat xidməti komandanın dalbadal altıncı dəfə Avropa kuboklarının qrup mərhələsinə düşməsindən bəhs edən videoçarx hazırlayıb.
Fanat.Az xəbər verir ki, çarxda komandanın xaricdə və Azərbaycanda yaşayan azarkeşləri yer alıb. Bundan başqa, Şimali İrlandiyanın "Linfild” klubu ilə Bakıda keçirilən cavab matçı öncəsi, oyunun gedişatı və sonrası yaşananlar da əks olunub.
Xatırladaq ki, "Qarabağ” "Linfild”i üstələyərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.