12:59 04.09.2019 2430

Avropada transfer çempionu: "Sevilya"dan fantastik məbləğ...

Yay transfer dönəmində yeni futbolçuların alınmasına ən çox pul xərcləyən klublar müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 2019-cu ilin yayında ən çox pul xərcləyən klubların siyahısına İspaniya təmsilçiləri başçılıq edir.

İspanlar liderdi



La Liqa klubları transferlərə 1,32 milyard avro ödəyib. Siyahının ilk pilləsində "Real" qərarlaşıb. Madrid təmsilçisi yeni oyunçuların alınmasına 307,5 milyon avro sərf edib. "Kral Klubu" Eden Hazardı (Çelsi) 100, Luka Yoviçi (Ayntraxt) 60, Eder Militaonu (Portu) 50, Ferland Mendini (Lion) 48, Rodriqonu (Santos) 45, Alberto Soronu (Saraqosa) 2,5 milyon avroya alıb, Alfonse Areolanı (PSJ) 2 milyon avroya icarəyə götürüb.

İkinci pillədə qərarlaşan "Barselona"nın transfer xərcləri 255 milyon avro olub. Kataloniya klubu Antoine Qrizmannı (Atletiko) 120, Frenki de Yonqu (Ayaks) 75, Netonu (Valensiya) 26, Junior Firponu (Betis), Emersonu (Atletiko Mineyro) 12, Mark Kukurellanı (Eybar) 18 milyon avroya alıb. 

İlk "üçlüy"ü qapayan "Atletiko" isə 243 milyon avro xərcləyib. Madrid klubu Joao Feliks (Benfika) üçün 126, Markos Llorente (Real) üçün 30, Mario Hermoso (Espanyol) üçün 25, Kieran Trippier (Tottenhem) üçün 22, Felipe (Portu) və Renan Lodi (Atletiko Paranaense) üçün 20 milyon avro sərf edib.

"Sevilya" La Liqada transferlərə ən çox pul xərcləyən 4-cü komanda olub. "Qarabağ"ın Avropa Liqasındakı rəqibi Jules Kounde, Roni Lopes, Munas Dabbur, Dieqo Karlos, Lukas Okampos, Xoan Cordan, Luuk de Yonq, Oliver Torres, Maksimilian Vober, Xavyer Hernandes və Fernandonın transferinə 158 milyon avro xərcləyib.

Premyer Liqanın ən bahalısı kim oldu?



İngiltərə Premyer Liqa klublarının kassasından yeni oyunçuların alınmasına 1,55 milyard avro çıxıb. Bu ölkədə yayın ən bahalı transferi Harri Maquayr olub. "Mançester Yunayted" mərkəz müdafiəçisi üçün "Lester"ə 87 milyon avro ödəyib. Bundan başqa "Kristal Palas"dan Aaron Van-Bissaka üçün 55, "Suonsi"dən Daniel Ceyms üçün 17 milyon avro xərcləyən "Mançester Yunyted"in ümumi xərci 159 milyon avro olub.

Ötən yayın transfer çempionu "Mançester Siti" bu yay 168 milyon avro xərcləyib. "Şəhərlilər" "Atletiko"dan Rodrini 70, "Yuventus"dan Joao Kanselonu 65, PSV-dən Angelino "Girona"dan Pedro Porronu 12, "Kolumbus Qrev"dən Zak Steffeni 8, "Qamba Osaka"dan Ryotaro Meşinonu 1 milyon avroya alıb.

Uzun illərdi transfer yarışından uzaq qalan "Arsenal" "Lill"dən Nikolas Pepeni 80, "Sent Etyenn"dən Villiam Salibanı 30, "Seltik"dən Kieran Tierni 27, "Çelsi"dən David Luizi 8,7, "İtuano"dan Qabriel Martinellini 6,7 milyon avroya transfer edib. "Topçular"ın ümumi transfer xərci 152,4 milyon avro olub.

Bundan əvvəlki iki transfer dönəmində heyətinə yeni oyunçu qatmayan "Tottenhem" 103 milyon avro xərcləyib. London klubu Tanqay Ndombeleni (Lion) 60, Rayan Sesseqnon (Fulhem) 27, Covani Lo Celsonu (Betis) 16 milyon avroya alıb.

Transfer yasağı olan "Çelsi" əvvəlcədən müqaviləsində şərt olan Mateo Kovaçiçin transfer hüququnu almaq üçün 45 milyon avro ödəyib. Çempionlar Liqasının son qalibi "Liverpul" isə yalnız Sepp van den Berq üçün "Zvolle"yə 1,9 milyon avro ödəyib.

A Seriyasında "Yuventus"la "İnter"...



İtaliya klubları bu yay 1,18 milyon avro xərcləyiblər. A Seriyasında yayın ən bahalı transferi Mattis de Liqt olub. "Yuventus" gənc futbolçu üçün "Ayaks"a 85,5 milyon avro ödəyib. Turnir klubu həmçinin "Mançester Siti"dən Danilonu 37, "Cenoa"dan Kristian Romeronu 26, "Roma"dan Luka Pelleqrinini 22, "Sassuolo"dan Merih Demiralı 18 milyon avroya alıb. Ümumilikdə 188,5 milyon avro xərcləyən "Yuventus" həmçinin Canluici Buffon (PSJ), Adrien Rabio (PSJ və Aaron Remzi (Arsenal) üçün transfer haqqı ödəməyib. 

"İnter"in transfer xərci 155 milyon avro olub. Romelu Lukakunu (Mançester Yunayted) 65, Valentino Lazaronu (Herta) 22, Matteo Politanonu (Sassuolo) 20, İonut Radunu (Cenoa) 12, Eddie Salkedonu (Cenoa) 8, Qabriel Brazaonu (Albesete) 6,5, Lusien Aqumeni (Soşo) 4,5 milyon avroya alan Milan klubu Nikolo Barellanı (Klayari) 12, Stefano Sensini (Sassuolo) 5 milyon avroya icarəyə götürüb. "İnter" həmçinin Aleksis Sançesi (Mançester Yunayted) və Dieqo Qodini (Atletiko) transfer haqqı ödəmədən heyətinə qatıb.

"Milan" Rafael Leaonu "Lill"dən 25, Frank Kessini "Atalanta"dan 24, Teo Hernandesi "Real"dan 20 milyon avro alıb. 

"Roma" Leonardo Spinazzolanı (Yuventus) 29,5, Pau Lopesi (Betis) 23,5, Brian Kristanteni (Atalanta) və Amadu Diavaranı (Napoli) 21, Yıldırım Mert Çetini (Gənclərbirliyi), Kris Smallinq (Mançester Yunayted) və Henrix Mxitaryanı (Arsenal) 3, Nikola Kaliniçi (Atletiko) 2 milyon avroya alıb.

Bundesliqada 742 milyon avro...



Bundesliqa klubları ümumilikdə 742 milyon avro xərcləyib. Almaniyada "transfer çempionu" 143,5 milyon avro ilə "Bavariya" olub. "Atletiko"dan Lukas Hernandesi 80, "Ştutqart"dan Benjamin Pavardı 35, "Borussiya"dan (Münhenqladbax) Maykl Kuysanseni 12 milyon avroya alan Münhen klubu "Barselona"dan Filip Kountinyonu 8,5, "İnter"dən İvan Perişiçi 5 milyon avroya icarəyə götürüb.

Çempionluq iddiasında olan Dortmund "Borussiya"sı Mats Hummelsi (Bavariya) 30,5, Torqan Hazardı (Borussiya Münhenqladbax) 25,5, Niko Şkulzu (Hoffenhaym) 25 və Julian Brandti (Bayer) 25, Pako Alkaseri (Barselona) 21 milyon avroya alıb. Dortmund klubunun ümumi xərci 127 milyon avro olub. 

PSJ sensassiyalı transferlərdən qaçdı...



Liqa 1 klublarının bu yaykı transfer xərcləri 670 milyon avro olub. Daim bahalı transferlərlə diqqəti çəkən PSJ bu dəfə bu pullar xərcləməkdən çəkib. Heyətində Neymar, Kilian Mbappe, Edinson Kavani kimi ulduzlar olan Paris klubu Abdu Diallonu (Borussiya Dortmund) 32, İdrissa Qeyeni (Everton) 30, Pablo Sarabianı (Sevilya) 18, Keylor Navası (Real) 15 milyon avroya alıb, Mauro İkardi (İnter) üçün 5 milyon avro icarə haqqı ödəyib. Beləliklə, PSJ yay transfer dönəmini 100 milyon avro ilə başa vurub.

"Monako" "Sevilya"dan Vissam Ben Yedderi 40, "Atletiko"dan Gelson Martinsi 30, "Alaveş"dən Guillermo Maripaı 18, "Everton"dan Henri Onyekurunu və "Monpelye"dən Benjamin Lekomteni 13,5 milyon avroya transfer edib, Tiemoue Bakayokonu "Çelsi"dən 3, İslam Slimanini "Lester"dən pulsuz icarəyə götürüb. Knyazlıq təmsilçisinin ümumi xərci 118 milyon avro olub.

Ceff Reyne-Adelaydeni (Angers) 25, Yoahim Anderseni (Sampdoriya) 24, Tyaqo Mendesi (Lill) 22 milyon avroya alan "Lion"nun xərci 71 milyon avro olub.

"Bavariya"dan Renato Sançisi (20 milyon avro), "Trabzonspor"dan Yusuf Yazıçını (16,5 milyon avro), "Şarleu"dan Viktor Osimheni (12 milyon avro) və PSJ-dən Timoti Veanı (10 milyon avro) "Lill" klubu isə 58,5 milyon avro xərcləyib. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
21:25

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

Facebookdan bizi izləməyi unutmayın.
X