"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukrayna çempionatına qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə ukraynalı idman jurnalisti İqor Sıqanık məlumat verib.
O, bildirib ki, Qriqorçuk Ukraynaya qayıtmağı arzulayır. Amma hazırda "Astana" ilə müqaviləsi var qışa qədər Qazaxıstan klubunda qalacaq: "Biz onunla söhbət etmişik, özü və ailəsi üçün çətin olduğunu deyib, mentallıq tamamilə başqa cürdü. O, məmnuniyyətlə Ukraynada işləyərdi, ancaq müqaviləsinin sonuna qədər işləməlidi. İstənilən halda, "Astana"dan sonra onun növbəti klubu hər hansı bir Ukrayna komandası olacaq".
Qeyd edək ki, Qriqorçuk 2015-2018-ci illərdə "Qəbələ"ni çalışdırıb və 2018-ci ildən "Astana"ya başçılıq edir. 54 yaşlı ukraynalı mütəxəssis vətənində "Metallurq" və "Çernomorets” klublarının baş məşqçisi olub.
Fanat.Az