Braziliya futbolunun canlı əfsanəsi Kafunun oğlu Danilo vəfat edib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı Danilo dostları ilə futbol oynayarkən infarktdan dünyasını dəyişib. Veteran futbolçunun oğlu xəstəxanaya aparılarkən yolda ürəyi dayanıb.
Qeyd edək ki, Kafu Braziliya millisinin heyətində iki dəfə (1994, 2002) dünya çempionu olub. O, indiyədək ardıcıl 3 mundialın finalında çıxış etmiş (1994,1998,2002) yeganə futbolçudu. Kafu karyerası ərzində "San Paulo", "Saraqosa", "Yuventude", "Palmeyras", "Roma" və "Milan" klublarında çıxış edib.
Fanat.Az