Milli komandamızın Uelslə keçirdiyi "AVRO-2020"nin seçmə mərhələ oyununda növbəti avtoqol qeydə alınıb. Belə ki, qarşılaşmanın 26-cı dəqiqəsində Pavel Paşayev qapıları "səhv salaraq" hesabın açılmasına səbəb olub. Bundan sonra komandalar hərəyə bir qol vurub və Uels meydanı 2:1 hesablı qələbə ilə tərk edib.
Fanat.Az xəbər verir ki, bu milli komandamızın tarixindəki 10-cu avtoqol olub. İlk avtoqolun müəllifi Tərlan Əhmədov olub. O, 2002-ci ildə Avropa çempionatının İtaliya ilə seçmə mərhələ oyununda öz qapımızı "nişan alıb".
Uzun illər millinin kapitan sarğısını daşıyan mərkəz müdafiəçisi Rəşad Sadıqov 4, Tərlan Quliyev, Emin Ağayev, Emin Quliyev, Maksim Medvedev, Aftandil Hacıyev və Pavel Paşayev isə bir dəfə "fərqlənib".
AVRO-2004
Seçmə mərhələ
07.09.2002 Azərbaycan - İtaliya 0:2
Tərlan Əhmədov
AVRO-2004
Seçmə mərhələ
12.10.2002 Finlandiya - Azərbaycan - 3:0
Emin Ağayev
Yoldaşlıq görüşü
14.12.2003 BƏƏ - Azərbaycan 3:3
Emin Quliyev
DÇ-2006
Seçmə mərhələ
26.03.2005 Polşa - Azərbaycan 8:0
Aftandil Hacıyev
Yoldaşlıq görüşü
29.05.2010 Makedoniya - Azərbaycan 3:1
Rəşad Sadıqov
AVRO-2012
Seçmə mərhələ
07.09.2010 Almaniya - Azərbaycan 6:1
Rəşad Sadıqov
AVRO-2016
Seçmə mərhələ
13.10.2014 Xorvatiya - Azərbaycan 6:0
Rəşad Sadıqov
DÇ-2018
Seçmə mərhələ
01.09.2017 Norveç - Azərbaycan 2:0
Rəşad Sadıqov
Yoldaşlıq görüşü
23.03.2018 Azərbaycan - Belarus 0:1
Maksim Medvedev
AVRO-2020
Seçmə mərhələ
06.09.2019 Uels -Azərbaycan 2:1
Pavel Paşayev
Fanat.Az