"AVRO-2020"nin seçmə mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, J qrupunda yer alan Bosniya və Herseqovina millisi Ermənistanın qonağı olub.
Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı bosniyalılar səfərdə uduzub. 6 qolun vurulduğu oyunda ermənilər 4:2 hesablı qələbə qazanıb.
Ermənistanın heyətində Henrix Mıxıtaryan dubl edib, Hovhannes Hambardzumyan bir qol vurub. Daha bir topu isə qonaqlardan Stepan Lonkar öz qapısına vurub. Bosniya və Herseqovina qollarına Edin Dzeko və Amer Qoyak imza atıb.
Bosniya və Herseqovina millisinin qapısını "Qarabağ"ın sabiq üzvü, hazırda "Ərzurumspor"da çıxış edən İbrahim Şehiç qoruyub. "Qarabağ"ın yenicə heyətinə qatdığı Asmir Beqoviç isə milliyə çağırılmayıb.
Qeyd edək ki, Ermənistan 6 oyundan sonra 9 xalla 3-cü, Bosniya və Herseqovina 7 xalla 4-cü pilləni tutur.
Fanat.Az