23:29 09.09.2019 2311

Yurçeviç: "İki yolumuz var, ya..."

"Uşaqların performansından çox razıyam, onlarla qürur duyuram”.
 
Fanat.Az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçə məxsusdu.

Yığma komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Yurçeviçin həmyerliləri olan Xorvatiya millisini qəbul edib. Hər komandanın 1 dəfə fərqləndiyi görüşdə heç-heçəyə (1:1) nail olan millimiz seçmə mərhələdə ilk xalını qazanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında 53 yaşlı çalışdırıcı fikrini bu sözlərlə davam etdirib: "Dünyanın vitse-çempionuna qarşı oynayırdıq. Hansı ki, heyətində səviyyəli oyunçular var idi. Azarkeşlərimizi təbrik edirəm. Onların ikinci hissədəki dəstəyi inanılmaz idi. Xorvatiya mənim ölkəmdi, bunun həmişə qürurunu yaşamışam. Amma bu gün ürəkdən azərbaycanlı idim. Hamı bu sevincə artıqlaması ilə layiq idi. Son vaxtlar bəzi oyunlarda yaxşı oyun sərgiləsək də, hesab baxımından üzümüz gülmürdü. Bu dəfə sevindirici nəticə oldu”.
 
- Dediniz ki, indiyə qədər nəticə baxımından axsayırdıq. Düşünmürsünüz ki, bu, əvvəlki matçlarda heyətin düzgün qurulmamasından qaynaqlanırdı?
 
- Çətin sualdı. Başqa oyunçularla daha yaxşı nəticə əldə etmək olardımı? Bu suala cavab vermək çətindi. Hər kəs öz fikrini bildirir. Çalışıram ki, oyunun analizini edim. Macarıstan və Slovakiyaya qarşı zəif çıxış etmişdik. Bunun səbəblərindən biri fiziki cəhətdən olan axsamalar idi. Bu, ən böyük əskikliyimiz idi. İki yolumuz var: ya nəyin bahasına olursa-olsun xal qazanmaq, ya da xalla yanaşı, gənc oyunçular da qazanmaq. Şeydayev, Buludov, Dadaşov gələcəkdə komandanın özəyini təşkil edəcəklər.
 
- Rəqibin baş məşqçisi yığmamızın heyətində Emil Balayevi fərqləndirdi. Sizcə, komandamızın ən yaxşısı kim idi?
 
- Balayevin etdikləri brilyant idi, mükəmməl idi. Çox yaxşı çıxış etdi. Xüsusən də, ilk 15-20 dəqiqədəki hərəkətləri yaddaqalan oldu. Xorvatlar oyuna sürətli başlamışdılar. Həmin dəqiqələrdə o, köməyimizə çatdı.
 
- Xorvatiya və Uelsdə yaxşı oyun, bu gün isə ilk xal… Növbəti hədəf nədi?
 
- Favoritlərə qarşı oynayırıq. Bütün rəqiblər bizə qarşı favoritdi. Belədə meydanda hamı əla çıxış etməli, bir nəfər isə xüsusi iş görməılidi. Bu gün bunu qapıçımız etdi.
 
- Riçard Almeyda zədəli olmasaydı, bu gün Emin Mahmudovu meydanda görə biləcəkdikmi?
 
- Mən bütün tənqidlərə açığam. Emin yaxşı oyunçudu, topla oynamağı bacarır. Amma balansı da düşünməliyik. Rəqibin nəyə qadir olduğunu da nəzərə almaq lazımdı. Təkcə hücumu yox, müdafiəni də fikirləşmək lazımdı. Emini pleymeyker kimi görürəm. Amma belə oyunlarda bizim topla çox oynamaq imkanımız olmur. Xorvatiyanın uzun boylu oyunçuları standart vəziyyətlər zamanı qapımız qarşısına gəlirdi. Bunu da düşünmək lazımdı.
 
- Millimiz həmişə qeyri-sabit oyun sərgiləyib. Seçmə mərhələ boyu stabil oynamaq üçün bu futbolçular yetərlidimi?
 
- Sualın cavabını hələ bilmirəm. Baş verənləri əvvəlcə həzm etməliyəm. Bizim planımız da odu ki, oyunçularımız ağılla oynasınlar, təkcə ürəklə yox. Hər ikisini qısa zamanda birləşdirmək mümkün olan şey deyil. Əvvəlki matçlarda Rahildə bəzi alınmayan oyunu, Antonun kiçik səhvləri olurdu. Mediada gedən tənqidi fikirlər də yadımdadı. Bəhlul da yaxşıdı. Amma top-səviyyəli komandalara qarşı yüksək səviyyədə oynamaq çətindi. Belədə səndən yüksək temp tələb olunur. Gənclərə dəstək olmaq lazımdı ki, onları yığmamız üçün qazandıraq. Yeri gəlmişkən, Renata ötən oyunda şans verəndə bəziləri bunu anlayışla qarşılamadılar. Amma bir müddətdən sonar "Vulverhempton” onun arxasınca düşdü. Hər halda qabında nəsə var ki, onu transfer ediblər. Oyunçulara şans vermək lazımdı ki, nəsə etmək mümkün olsun.
 
- İkinci dəfə xorvatiyalı məşqçi ilə Xorvatiya yığmasını büdrətdik. Düşünmürsünüz ki, bu amil xal qazanmağımızda mühüm rol oynadı?
 
- Bəlkə də, səbəblərdən biridi. Xorvatiyanın mentalitetini bilən bir adam kimi, oyunçuların daxilini bilmək mənim üçün üstünlükdü. Slovakiya və Macarıstanla oyuna da mümkün qədər yaxşı hazırlaşmışdıq. Xüsusən də, Macarıstanın standart vəziyyətlərinə hazırlaşmışdıq. Bütün bunları analiz etməyə çox vaxt lazım olur. Slovakiya ilə görüşdə ikinci qoldan sonar geridönüş etmək çətindi. 1 qolu sığortalamaq olur ki, bunun bu gün şahidi olduq. Hətta hesabda önə keçmək imkanımız da oldu. Oyunda bir səhv həlledici olur və sonda nəsə deməyə söz tapa bilmirsən. (matc.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X