13:11 10.09.2019 4420

"Qızları "razdevalka"da çox səmimi vəziyyətdə tutublar" - MÜSAHİBƏ

Fanat.az "Qarabağ" klubunun xanım azarkeşi Sevda Şərbətlinin Sport7.az saytına müsahibəsini təqdim edir.

17 yaşlı gənc xanım bu il Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakultəsinin Sosial İş ixtisasına daxil olub. Onun futbolla bağlılığı kiçik yaşlarından var. Belə ki, Sevda uşaq yaşlarında futbolla məşğul olub. 

Gəlin özündən xəbər alaq...

2012-ci ildə Azərbaycanda 17 yaşlı qızların dünya çempionatı keçirilirdi. Həmin vaxtda anam məni o matçları izləməyə aparırdı. Elə o zamanlardan futbola marağım yarandı. Hətta ondan sonra bir müddət futbolla məşğul oldum. Beləcə azarkeşlik hisslərim də yaranmışdı. Lakin sonra dərslərimə görə evdən narazılıq etdilər və çıxmaq məcburiyyətində qaldım. Ancaq azarkeşlik ruhu içimdə böyüdü. (gülür)...
 


- Hansı komandada oynayırdın? Necə vaxt davam etdin? 
- Təxminən 2 il məşğul oldum. O zamanlar komanda kimi qurulmuşduq. Bizi yetişdirib "Vətən" komandasına yönləndirəcəkdilər. Ancaq o gəlib vaxt çatmamış, artıq ailəm məni futboldan çıxartmışdı. 

- Necə düşünürsən, özündə yaxşı futbolçu olmaq potensialı görürdün, yoxsa sadəcə elə-belə məşq edirdin? 
- Çox istəkli idim, ona görə məşqlərdə öz üzərimdə çox işləyirdim. O da mənə kömək olurdu. Bir şeyə sevgi ilə yanaşanda, onun alınmaması qəliz məsələdi. 

- Səncə, futbolu buraxmaqla düz etmisən? 
- Açığı, düz etdiyimi düşünürəm. Böyüdükcə valideynlərimi başa düşürəm. Bizim ölkədə qız futboluna gəlib nailiyyətlər qazanmaq çox çətindi. Həmişə anam deyirdi ki, elə bir zədə alarsan ki, ömürlük peşman olarsan. Ona görə bu gün getdiyim yol ondan daha yaxşıdı, daha məqsədə uyğundu deyə düşünürəm. 
 


- Həmin dönəmdə DÇ-2017-yə görə ölkədə qız futboluna pullar yatırılmış, çoxlu komandalar yaradılmışdı. Ancaq həm nəticə olmurdu, həm də qadın futbolunda baş verən bəzi qeyri-etik məsələlər gündəm olmuşdu. Bəlkə də o vaxtlar yaşın az olduğu üçün mətbuatdan xəbərdar olmamısan. Ancaq bəlkə özün o mühitin içində olmusan deyə görmüsən və ya nəsə eşitmiş olarsan. Hər halda nəyi nəzərdə tutduğumu anladın - qadın futbolunda yayılan "lez" məsələsi...
- Xəbərim olurdu. Hətta fərqli orientasiyanın olmasından elə o vaxtlardan xəbərim olub. Yadımdadı gəlib anama sual vermişdim ki, o niyə elə olur? Əminəm ki, o vaxt mənim kimi bundan xəbərsiz onlarca qız belə şeylərin dərinliyini bilmədən, loru dildə desək, başı çıxmadan "mən də fərqli orientasiyadanam" deyib, yollarını dəyişdilər. Buna da səbəb türklər demişkən "özənti" idi. Yuxarı yaş qruplarında, milli komanda da açıq-aşkar elə qızlarımız vardı. Bu biri azyaşlı qızlar da görüb, bilib-bilmədən həvəsləndilər. Açığı, heç kimi qınamıram və sevgini cinslərə bölmürəm, kim kimi sevir öz işidi, amma onlarca kiçik qız həyatını "özəntiyə" görə qurban verirdi. Biz də elə yerdə yaşayırıq ki, bir şeyi elədinsə, bundan 2 nəfərin xəbəri varsa, sabah üçünün, dördünün və beləliklə ölkənin yarısının xəbəri olacaq. O vaxt mənim yaşım az olduğundan belə şeylər mənə çox az gəlib çatırdı və ətrafımda elə qızlar yox idi. Səs-soraq gəlirdi ki, hansısa komandanın qızlarını "razdevalka"da çox səmimi vəziyyətdə tutublar. Mənə o vaxt bu çox da çatmırdı, amma indi düşünürəm ki, nə qədər qız düşünmədən karyerasını qurban verdi. O söz-söhbətlərdən sonra futbolu atıb gedənlər də var idi. Ki, haqqında çıxan bu söhbət unudulsun. Ona görə indi futbolda qalan gənc və azyaşlı qızlarımıza demək istəyirəm ki, həyatda bütün qərarlarınızı sağlam baş ilə düşünərək verin. Sizin qərarlarınız sizin həyatınızı yönləndirir. Əgər düşünərək bu orientasiyanı seçirsizsə, yenə də sağlam düşüncə ilə, sərhədi keçmədən, normal şəkildə edin!

- Ananla bu haqda danışanda, belə şeylərdən xəbər tutanda, səni o mühittən uzaqlaşdırmaq istədi?
- Xeyr. Çünki anam mənə və seçimlərimə güvənirdi. Həmişə deyirdi ki, mən əminəm ki, sən düzü səhvdən özün ayırd edə bilirsən.

- Bir məsələni də bəlkə eşitmiş olarsan. Qızların çoxu komandalarda haqsızlığa uğradıqlarını deyirdilər. Məşqçilərin ayrıseçkiliyi filan tipli şikayətlər olurdu. Bir də həmin dönəmlərdən ən çox yayılan məsələlərdən biri də pedofiliya idi. Bəzi kişi məşqçilərin qızlara qarşı seksual xarakterli hərəkətlər etdiyi barədə qalmaqallar olmuşdu...
- Bunları sadəcə məqalələrdə görürdük. Anam sırf bu məsələdən biraz narahat idi. Ki, bizi əsas komandaya götürəndə, birdən elə hallarla qarşılaşaram. Amma qismət elə gətirdi ki, heç oralara gedə bilmədim. Bəlkə də getsəm, belə problemlərlə daha yaxından tanış olardım. 
 


- Keçək biraz da azarkeşlik dönəminə... 
- İlk və son sevgim "Qarabağ"dı. Mənə görə sevmək üçün xüsusi bir səbəb varsa, bu sevgi deyil. Çox qəribə bir hissdi, ürəyinin ən dərinliyində qəribə tutqu yaranır. Ondan sonra həyatın meydandaki 90 dəqiqədən ibarət olur. Yeyəndə də, yatanda da ancaq onu fikirləşirsən. Ki, görəsən önümüzdəki matçlarda bizimkilər nə edəcək?! Onlarla sevinib, onlarla üzülürsən, depressiyanın dibinə düşürsən... Bir növ qarşılıqsız sevgi. "Qarabağ"a qarşı sevgim 2013-cü ildə yarandı. Onda hələ futbol ilə məşqul olurdum. Sonra anam dərslərimə daha çox vaxt ayırmalı olduğumu deyib, futboldan məni uzaqlaşdırdı. Və dedi sən ən yaxşısı azarkeş olaraq qal, futbolçu olmasan da olar. (gülür)...

2015-ci ildə təhsil aldığım orta məktəbə "Neftçi"nin üzvləri gəlmişdi. Uşaqlara pulsuz forma, şərf paylayıb, azarkeş cəlb edirdilər. Dedilər ki, bu şənbə günü "Qarabağ"la matçımız var, ümid edirik ki, gəlib orada bizi dəstəkləyərsiniz. Mən də bunu eşidib, evə gələndə anama dedim ki,  Qarabağ"ın oyunu var, bircə dəfə də olsa gedək. O 1-ci dəfədən sonra artıq 4 ildi ki, tribunadayam. (gülür)...

- Anan haqda çox danışırsan. Deyesen onun da futbola marağı var.  Ki, səni özü futbola cəlb edib...
- Anamla mənim çox yaxın, hətta yaxın dost münasibətimiz var Ona görə həyatımın hər məqamında mühüm rol oynayır. Mənim qədər olmasa da, onun da futbola olan sevgimdə çox rolu var. Amma nəsildə futbola bu dərəcə azarkeşlik edən ikinci adamam. Anamın babası qatı "Neftçi"li olub. "Neftçi"nin oyunlarına görə Ağdamdan Bakıya gəlirmiş. Deyirəm yəqin azarkeşlik geni ondan keçib mənə. Amma komanda barədə yox. (gülür)...

- İlk dəfə "Qarabağ"ın hansı oyununu izləmisən?
- 11 avqust 2013-cü il idi... "Qarabağ" "Sumqayıt" ilə oynayırdı. Təsadüfən TV-də matç yayımlanan kanalı açdım və çox diqqətimi çəkdi. Ordaki futbolçular, oyun tərzi, bəlkə də özüm də ağdamlıyam deyə komandaya qanım qaynadı. İlk dəfə sevgim onda yarandı. Həmin oyunda 5:1 hesabı ilə qalib gəlmişdik. Anamın babası "İmarət"də olan "Qarabağ"ın da matçlarına gedirmiş. Amma deyəsən "Neftçi"ni daha çox sevirmiş.
 


- "Qarabağ"ın xanım azarkeşləri çoxdu. Onlarla aran necədi? Heç konflikt yaşadığın kimsə olubmu?
- Konflikt sevən bir insan deyiləm. Bacardıqca da qaçıram. Yox, əgər qaçılmazdırsa, onda da zərbəni ilk özüm yetirərəm. (gülür)... Ona görə çox qızlarla tanışlığım yoxdu. Olanlar ilə də uzağı salam-sağolum var.  Səmimiyyət içimdən gəlmirsə, yalandan qura bilmirəm. Hər zaman yanımda olan çiyindaşlarım var ki, onlar ilə səmimiyyətimiz nəinki şəkillərdə, görüntüdədi, hətta tribunadan kənarda belə var. Gündəlik həyatda da onlar ilə çox yaxşı münasibətimiz var. Bəzən mənim üçün yad olan qızlara qısqanclıq hissi yaranır. (gülür)... Olur arada elə şeylər. Amma öz ətrafımdakılar ilə belə söhbət ola bilməz. Bizi o sevgi birləşdirib...

- Bəs qarşı cinsin nümayəndələrindən özünüzə qarşı tribunada necə münasibət görürsünüz?
- Qarşı cinsin nümayəndələri bölünürlər: Bunu qəbul edib dəstəkləyənlər və buna qarşı olub pis baxanlar. "Qız futbola futbolçu tutmaq üçün gəlir" stereotipi var. Ki, bu stereotipi haqlı çıxardanlar da az deyil. Amma hər kəs elə deyil axı. "Qadının-qızın tribunada nə işi var?" sözünü az qalıb ki, hər dildə eşidəm. Amma çox da fikir vermirəm. Çünki bəzən qızların oğlanlardan daha çox futboldan anlayışı olur. Belə bir söz var ki, "Futbol incə oğlanlar üçün uyğun bir oyun deyil, ancaq sərt qızlar üçün isə çox uyğun bir oyundu". Ona görə heç bir tənqidə fikir vermirəm. Həyatımı bir dəfə yaşayacam. Azarkeşlik etdiyim komandaya bəstə oxuyaraq tribunadan dəstək verməyəcəmsə, daha niyə yaşayıram. Dəstək olanların sayını görmək isə həqiqətən adamın könlünü açır.

- Gələcəkdə futbolun hər hansısa sahəsində çalışmaq istərsən? 
- Mənim ixtisasım daha çox aşağı təbəqənin problemləri ilə bağlıdır. Bunu futbola bağlasam, ortaya əla bir iş çıxar. Bəlkə də nə vaxtsa futbolla məşğul olmaq istəyən, potensialı olan, amma maddi imkanı buna imkan verməyən uşaqlar üçün şərait yaratmaq yönündə işlər görərəm. Bölgələrdə futbol inkişafına daha çox diqqət ayırmaq da bura daxildi. Görək də həyat necə gətirir. Əslində işimin futbolla bağlı olması ürəyimcə olar. 
 


- Keçək "Qarabağ"a... Sevimli komandanın hazırki səviyyəsini necə qiymətləndirirsən? Komandada bəyənib, bəyənmədiyin futbolçular kimlərdi? 
- "Qarabağ" çempionatda ən stabil çıxış edən komandadı. Son illərdə hər mövsüm çempionluğa oynayıb, çempion olurlar. Bu əla göstəricidi. Avropa Liqasının qrupunda oynamağı bizim üçün adiləşdiriblər artıq. Rutin kimidi... Əlbətdə könül istərdi ki, ikinci dəfə Çempionlar Liqasının qrupuna düşək. Ammma bəxt bizdən üz döndərdi. Hər işdə bir xeyir var deyiblər. Bu dəfə də qrupdan çıxaraq tarix yazacaqlarını gözləyirəm.

"Qarabağ"ın indiki heyətində bəyənmədiyim futbolçu yoxdu, hərkəs öz işini artıqlaması ilə görür. Bəzən olur hansısa oyunlarda 1-2 futbolçu səhv buraxır, amma bu onun zəif futbolçu olduğunun göstəricisi deyil. "Qarabağ"ın indiki heyətində hər oyun səhv buraxan, zəif oynayan futbolçu yoxdu Ona görə hər biri möhtəşəmdi! Keçmiş futbolçulardan isə, Dino ilə Kubanın qayıtmasını istəyərəm. Ansinin qayıtması mümkünsüz olsa da, gələcəkdə onu komanda da hər hansı bir vəzifədə görmək xoş olar.

- Son olaraq millimiz barədə fikirlərin. Hər halda "Qarabağ"ın bir çox futbolçusu millidə çıxış edir deyə, yığma komandaya qarşı da bağlılığın var. 
- Milli komandamızın yaşadığını uğursuzluqların səbəbin heç bir futbolçuda görmürəm. Söhbətə kökündən yanaşmaq lazımdı. Problem millinin içindədi. Stabil baş məşqçi və digər problemlər həll olunsa, millidə kifayət qədər potensialı olan futbolçular var. Hər komandanın ən yaxşılarını yığıb milliyə gətirirlər, amma xeyri olmur. Çünkü problem dediyim kimi futbolçularda deyil, millinin içindədi.
 






Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

Facebookdan bizi izləməyi unutmayın.
X