14:15 11.06.2013 1076

Dövlət qəzeti: "AFFA Berti Foqtsu istefaya göndərməlidir"

Millimizin DÇ-2014-ün seçmə qrup matçında daha aşağı reytinqli Lüksemburq yığması ilə Bakıda heç-heçə etməsinə rəsmi dövlət qəzeti «Azərbaycan» da biganə qalmayıb. Fanat.az xəbər verir ki, qəzetin əməkdaşı Elçin Cəfərovun qələmə aldığı «Berti Foqtsla uçuruma yuvarlanan millimiz qələbənin nə olduğunu unudub» başlıqlı məqalədə daha çox millimizin baş məşqçisi Berti Foqts tənqid hədəfinə çevrilib.

Məqalədə qeyd olunur ki, iyunun 7-də «Bakcell Arena»da keçirilmiş oyuna azarkeşlər daha böyük həvəslə gəliblər. Çünki onlar millimizin Lüksemburqa qarşı qələbə qazanacağına ümid edirdilər: «Hər zaman olduğu kimi, bu dəfə də tarazlıq pozulmadı, yenə ümidlər puç oldu. Yəni komandamız növbəti dəfə xal itkisi ilə üzləşdi. Mübarizə 1:1 hesabı ilə nəticələndi. Hətta futbol tanrısının köməyi ilə son saniyələrdə məğlubiyyətdən qurtulduq».

Müəllifin fikrincə, növbəti xal itkisinin «qəhrəman»ı yenə də almaniyalı baş məşqçi Berti Foqts olub. Bununla da Foqts millimizin sükanı arxasında antirekordlarını təkrarlamaqda davam edib: «Almaniyalı çalışdırıcı Lüksemburqla qarşılaşma öncəsi «Luxemburger Wort» qəzetinə müsahibəsində bildirib ki, hər iki komandanın səviyyəsi eynidi. Bu cür açıqlamalardan sonra rəhbərlik etdiyi komandanın futbolçuları qələbəyə necə köklənə bilərlər? Millimiz əhalisinin sayı yarım milyondan bir az artıq olan «cırtdan» ölkənin komandasına qalib gələ bilmirsə, bu gün yığmamızın hansı inkişafından danışa bilərik. Daim günahı klub məşqçilərində görən Foqts özü komandanın dirçəlməsi üçün bu illər ərzində nə edib? Güclü komandalarla görüşlərdə məğlubiyyətə bəraət qazandıran almaniyalı zəif yığmalarla qarşılaşmalarda xal itirdikdə isə günahı futbolçularda və azərbaycanlıların mentalitetində axtarır. Hər qarşılaşma sonrası mətbuat konfranslarında futbolçuları günahkar, özünü isə təmizə çıxarmaq heç də peşəkar məşqçiyə yaraşan hərəkət deyil. Bütün xal itkilərində millinin üzvlərini hədəf alan açıqlamalar səsləndirərək, onları ictimaiyyət qarşısında aciz duruma salan bir məşqçinin ölkə futboluna hər hansı bir töhfə verəcəyini demək çox çətindi. Ümumiyyətlə, bu gün Azərbaycana gələn əcnəbi məşqçiləri həmişə maddi maraq düşündürüb. Futbolumuzun inkişaf etməsi onların marağında olmayıb. Şotlandiya və Nigeriya yığmalarında uğursuzluqdan sonra onu milli komandamıza dəvət etməyin nə dərəcədə səhv addım olduğunu ümid edirik ki, AFFA rəhbərliyi gec də olsa anlayıb. Məntiq etibarı ilə sonuncu biabırçı xal itkisindən sonra Berti Foqts istefaya göndərilməlidi».

Qəzet yazır ki, Foqts ölkəmizə gəldiyi gündən bəri hər toplanışda millinin heyətinə Almaniya daxili çempionatlarında öz komandalarında forma şansı tapa bilməyən çoxlu sayda oyunçular dəvət edib. Amma onların indiyə kimi millimizin oyunlarında heç bir üstün cəhətlərinin şahidi olmamışıq: «Əli Gökdəmir, Cihan Özkara, Ufuk Budaq, Rüfət Dadaşov və s. kimi futbolçuların komandaya əlavə güc qatmalarını görmədik. Yeri gəldikdə, öz yerli futbolçularımız onların hər birindən müxtəlif cəhətlərdən üstün oynayırlar. Qeyd ediləsi vacib məqamlardan biri də odu ki, «gəlmələr» yerli futbolçulardan heç də yaxşı oyun nümayiş etdirmirlər. Hətta fədakarlıq baxımından geri qalırlar. Sual yaranır: görəsən, cənab Foqts onları hər matç oynatmaqla, hansı məqsədləri güdür? Berti Foqts almaniyalı deyil, ingiltərəli və ya italiyalı olsaydı, yenə də həmin ölkələrdən yığmamıza futbolçular dəvət edərdimi?»

Müəllifin fikrincə, bu gün Foqtsun komandasının uğursuzluqlar seriyasını davam etdirməsinin səbəbi çox sadədi: almaniyalı mütəxəssis vahid heyət yaratmaq əvəzinə hər oyunda kifayət qədər yeni oyunçu cəlb edərək komandada «yeni kəşf»lərə çıxır. Artıq oyunun gedişində taktiki dəyişikliklərdə digər həmkarlarından geri qalan Foqtsa futbolçular da ümid etmirlər. Azarkeşlər isə milli komandada qələbə sevincinin nə olduğunu çoxdan unudublar. Sonuncu dəfə rəsmi oyunlarda qələbə 2011-ci il sentyabrın 6-da Qazaxıstan yığmasına qarşı əldə edilib (3:2).

Sonda qəzet yazır: «Görəsən, nə vaxta kimi bu uğursuzluq davam edəcək? Fikrimizcə, artıq yetər! Azərbaycanlı futbolçuların da digər idmançılarımız kimi azarkeşləri sevindirmək vaxtı çatıb».

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

Facebookdan bizi izləməyi unutmayın.
X