18:10 11.09.2019 2497

Şallaq, şıllaq və arzular

Ötən mövsüm "Qarabağ”a "mən də varam” deyən "Neftçi”nin yekunda hədəfinə çata bilməməsi ciddi qınaq doğurmadı. "Sumqayıt”dan "qoparılıb” "ağ-qaralar”ın klub prezidenti postuna "yerləşdirilən” Kamran Quliyev özünü şəxsən sübut etməyi bacarmasa belə, transferlərə xərclənən böyük pullar, Avroliqadakı bəlli nəticələr beyinləri qarışdırdı. Ölkənin ən qocaman klubuna azarkeşlik edənlər Tula "Arsenal”ı üzərində parlaq zəfərin ardından yeni xəyallar qurmağa başladı...


... Ən qısa zamanda "Bney Yehuda”nın əsdirdiyi mehlə havaya uçuşan sabun köpükləri göründü. Müəyyən çərçivədən çıxmağa zəkası çatmayan Roberto Bordinin beyninin qırışları sayıldı... Zildə xoruz buraxan xanəndələr sayağı bəmdə gəzişən italyanın xilaskar ola bilməyəcəyinə şübhə yeri qalmadı. Kamran Quliyev – Ceyhun Sultanov cütlüyünün jozef – monrozlar, dabolarla genişləndirdiyi heyətin komanda ruhu sarıdan axsadığı üzə çıxdı...


Premyer Liqanın ilk 3 turundan sonra çempionluq uğrundakı əsas rəqibi "Qarabağ”dan 5 xal geri qalan Bakı təmsilçisinin bu il klub olaraq "artırmadığı” da bəlli məsələdi. Ötən il dəfələrlə meydanda ciddi intizamsızlıqlarla yadda qalan futbolçular ram edilmədiyini hesabat turunun "Neftçi” – "Sumqayıt” görüşündə artıqlamasıyla ortaya qoydu. Rəqib çalışdırıcı Ayxan Abbasovu vuran Etibar Tarıverdiyevin 20 oyunluq cəzası fonunda 16 min manat cərimə ödəmək məcburiyyətində qalan klubun durumu əlavə şərhə əl yeri qoymur. Ötən ilin dekabrında – "Sabah”la ev oyunundakı hal rəzalətin ili çıxmamış təkrarlandı. Düzdür, o vaxt Ceyhun Sultanov hakimləri medianın gözü qarşısında "yağlayaraq” gərginlik yaratmış, büdcəyə 16 min manat ziyan dəymişdi. Digər tərəfdən, səhnəyə müxtəlif klub rəsmilərinin çıxması daha pis haldır. Deməli, problem yalnız hansısa şəxsdə yox, arzulanan səviyyədə idarə olunmayan camiədədi. Yəni dünən idman direktoru, bu gün köməkçi – məşqçi şou göstəribsə, sabah başqa klub rəsmisi əllərini yerə qoyub şıllaqlamaqla diqqətləri naşı əllərdə olan kluba yönəldə, gülüş obyektinə çevrilə bilər.

 

Məntiqlə, şallaq olmayan yerdə şıllaq atmaq eşqi artır. Bu, instinktivdi. Pul və boşluqlar bir araya gələndə istək də çoxalır. Söyüş, sillə və ya şıllaq, nə fərqi var ki... Hərçənd dünya praktikasından bilirik ki, futbolda şallaqsız uğur dəryada balıq sevdasıdı.


"Neftçi”nin AFFA-nın büdcəsinə pul köçürüb-köçürməyəcəyini , cərimələrin hansı şəkildə "rəndələnəcəyini” söyləmək çətindi. Ancaq bu ruhla bu komandanın çempionluğu yuxusunda görəcəyi gün kimi aydındı. Əlbəttə, "Qarabağ”ın qrup oyunlarına güc sərf edəcəyi, bəzi məlum iki cəbhə amilinin bakılıların işinə yaraya biləcəyinə də inananlar yox deyil. Amma ağdamlıların nəticə çıxarmağa yetəcək təcrübəsini nəzərə almayanlar bütün hallarda yanılır. Bir neçə turdan sonra mövzuya yenə qayıdacağıq. Siz diqqətlə izləyin...


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X