"Qarabağ"dan ayrılan Con Delarjın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, konqolu hücumçu karyerasını Çexiyanın yüksək liqasında davam etdirəcək. Belə ki, o, "Dinamo Çeske-Budeyovitse"lə anlaşıb. Bu barədə klubun saytı məlumat yayıb. 29 yaşlı oyunçu ilə bu ilin sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Delarj ötən mövsüm "Qarabağ"ın əsas heyətində 19 oyuna çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az