Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçı Sumqayıtda keçirilib və şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edib. Hesabı 5-ci dəqiqədə qonaqlardan Xulio Sezar Rodrigez açıb. 16-cı dəqiqədə "Sumqayıt" Tellur Mütəllimovun avtoqoluna sevinib. "Zirə"nin qələbə qolunu isə 88ci dəqiqədə Şafik Tiqrudja vurub - 2:1. "Zirə" xal hesabını 7-yə yüksəldərək ən azı bir günlük ikinci pilləyə yüksəlib. "Sumqayıt" isə 3 xalla 6-cı pillədə qərarlaşıb.
Komandalar Premyer Liqada indiyədək 17-ci qarşılaşma olub. Bunların 4-də "Sumqayıt", 10-da "Zirə" 3 xal qazanıb. 3 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də paytaxt təmsilçisinin aşkar üstünlüyü var - 24:13.
Günün digər görüşündə "Qəbələ" "Sabah"ın qonağı olub. Oyunda bir qol vurulub. 47-ci dəqiqədə fərqlənən Roman Hüseynov "Qəbələ"yə qələbə qazandırıb. Bu "qırmızı-qaralar"ın cari mmövsümdə qazandıqları ilk xallar olub. "Qəbələ" aktivində 2 xal olan "Sabah"ı son pilləyə göndərib. Əyalət təmsilçisi həmçinin cari mövsümdə ilk qolunu vurub.
Bu komandalar arasındakı 5-ci görüş olub. 3 matçda "Qəbələ", 1 görüşdə isə paytaxt klubu qələbə qazana bilib, 1 qarşılaşma isə heç-heçə yekunlaşıb. Topların fərqində də "Qəbələ" öndədi - 4:2.
Qeyd edək ki, IV turda keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları sentyabrın 15-də olacaq.
Premyer Liqa
2019/20 mövsümü
I dövrə, IV tur
14 sentyabr
Sumqayıt - Zirə 1:2
Qollar: Tellur Mütəllimov, 16 (avtoqol) - Xulio Sezar Rodrigez, 5. Şafik Tiqrudja, 88.
Sumqayıt: 1. Mehdi Cənnətov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 9. Amil Yunanov, 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 97. Xəyal Nəcəfov, 7. Ehtiram Şahverdiyev, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 18. Süleyman Əhmədov.
Baş məşqçi: Ayxan Abbasov.
Zirə: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 7. Cavid Hüseynov (k), 48. Şafik Tiqrudja, 18. Xulio Sezar Rodrigez, 5. Anastasios Papazoqlu, 25. Miloş Bakraç, 11. Soni Norde, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 27. Adrian Skarlatake, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli, 50. Mirqələm Həsənov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
"Kapital Bank Arena”.
Sabah - Qəbələ 0:1
Qol: Roman Hüseynov, 47.
Sabah: 1. Saşa Stamenkoviç, 4. Bəhlul Mustafazadə, 21. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov (k), 14. Rəşad Eyubov, 17. Məhəmməd Mirzəbəyov, 7. Coşqun Diniyev, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 19. Rocer Roxas, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 10. Cavid İmamverdiyev, 22. Məqsəd İsayev, 5. Kərim Diniyev, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 99. Abbas Ağazadə, 11. Şakir Seyidov.
Baş məşqçi: Elşad Əhmədov.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 14. Ülvi İsgəndərov, 7. Roman Hüseynov, 9. Davit Volkov, 21. Fernan Lopez, 77. Merab Qiqauri, 10. Klesio Bauk, 3. İviça Zuniç, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Zaur Həşimov.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Bank Respublika Arena”.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Qarabağ |
3 |
3 |
0 |
0 |
8:0 |
9 |
2 |
Zirə |
4 |
2 |
1 |
1 |
4:3 |
7 |
3 |
Keşlə |
3 |
2 |
0 |
1 |
5:1 |
6 |
4 |
Səbail |
3 |
2 |
0 |
1 |
4:4 |
6 |
5 |
Neftçi |
3 |
1 |
1 |
1 |
3:3 |
4 |
6 |
Sumqayıt |
4 |
1 |
0 |
3 |
4:7 |
3 |
7 |
Qəbələ |
4 |
1 |
0 |
3 |
1:9 |
3 |
8 |
Sabah |
4 |
0 |
2 |
2 |
2:4 |
2 |
Bombardirlər |
İsmayıl İbrahimli (Qarabağ), Mehdi Şərifi
(Sumqayıt), Ağabala Ramazanov (Səbail), Lorenzo Frutos (Keşlə) - 2. |
Fanat.Az