"Yuventus"un hücumçusu Mario Mancukiçin növbəti "dayanacağı" ABŞ ola bilər.
Jurnalist Canluka Di Martsionun xəbərinə görə, "Los-Anceles" Mancukiçin xidmətində maraqlıdı. Yaxın günlərdə tərəflər arasında razılıq əldə oluna bilər.
Hazırda MLS-də "transfer pəncərəsi" bağlı olduğundan, keçid baş tutsa, xorvatiyalı futbolçu komandanın sadəcə məşqlərində iştirak edə biləcək.
"Yuventus" 33 yaşlı forvardın adını Çempionlar Liqasının iştirak ərizəsinə daxil etməmişdi. Həmçinin Mancukiç İtaliya A Seriyasında "Fiorentina" ilə oyunu da buraxmışdı.
Fanat.az