"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen "Real"dan təklif gözləyir.
"Marca"nın məlumatına görə, "Tottenhem"lə olan müqaviləsi 2020-ci ildə başa çatacaq Eriksen London klubunun təkliflərini rədd edib. 27 yaşlı futbolçu karyerasını "Real"da davam etirmək istəyir. Danimarkalı 2020-ci ilin yanvar ayından etibarən təklifləri dəyərləndirməyə başlayacaq.
Cari mövsümdə Premyer Liqada 4 matçda meydana çıxan Eriksen 1 dəfə rəqib qapılarına yol tapıb.
Fanat.az