"Real" İspaniya La Liqasında növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, Madrid klubu IV turda doğma meydanda "Levante" ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. "Real"ın heyətində Kərim Benzema dubl edib, Kasemiro bir qol vurub.
Bu oyunda Eden Hazard "Kral Klubu"nun hyətində debüt edib. Belçikalı yarımmüdafiəçi görüşə ehtiyat oyunçular skamyasında başlasa da, 60-cı dəqiqədə Kasemironun əvəzinə meydana daxil olub.
Qeyd edək ki, bu qələbə ilə xalını 8-ə yüksəldən "Real" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Atletiko" 9 xalla (3 oyundan) 1-ci, "Atletik" 8 xalla 3-cüdür.
Fanat.Az