Almaniya III Bundesliqasında VIII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen” doğma meydanda Köln "Viktoriya”sı ilə üz-üzə gəlib.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3. Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 78-ci dəqiqədə millimizin forvardı vurub.
Münster klubu 8 turdan sonra 8 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Fanat.Az